Futbol üzrə Türkiyə Super Liqasında 28-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, şənbə günü üç qarşılaşma baş tutub.
“Rizəspor” doğma meydanda “Girəsunspor”a, “Göztəpə” isə “Kasımpaşa”ya uduzub.
Böhranlı günləri unutmağa çalışan “Qalatasaray” “Konyaspor”un qonağı olub. “Sarı-qırmızılar” qələbə seriyasını davam etdirmək niyyətindəydi. Tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanmağa yaxın olan “Konyaspor” isə evdə asanlıqla xal itirməyi xoşlamır. Sözügedən kollektiv “Qalatasaray”ı da məğlub yola salmağı bacarıb.
Əsas diqqətlər “Ülkər stadyum”a yönələcək. Burada “Fənərbaxça” çempionluğa ən real namizəd sayılan “Trabzonspor”u qəbul edəcək. Hazırda 66 xalla vahid lider olan Qaradəniz təmsilçisi ən yaxın izləyicisini 17 xal qabaqlayır.
Türkiyə Super Liqası
28-ci tur
4 mart
Yeni Malatyaspor – Adana Dəmirspor 1:0
Qol: Şuyar, 77.
5 mart
Rizəspor – Girəsunspor 1:2
Qol: Pohyanpalo, 14 – Çikinyo, 45+3. Traore, 48.
Göztəpə – Kasımpaşa 2:3
Qol: Di Santo, 7. Ndiaye, 80 – Muleka, 5; 48. U.Bozok, 79.
Konyaspor – Qalatasaray 2:0
Qol: Koka, 8. Rahmanoviç, 20.
6 mart
17:00 Fatih Karagümrük – Altay
20:00 Fənərbaxça – Trabzonspor
20:00 Antalyaspor – Sivasspor
7 mart
21:00 Kayserispor – Alanyaspor
21:00 Beşiktaş – Başakşəhər
21:00 Qaziantep – Hatayspor


