Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 17-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Konyaspor” – “Sivasspor” matçında qalib müəyyənləşməyib. Səfərdə “Kayserispor”la qarşılaşan “Fatih Karagümrük” turu inamlı qələbə ilə başa vurub. “Kasımpaşa” doğma meydanda “Alanyaspor”u böyük hesabla məğlub edibsə, “Qalatasaray” da evdə “Ankaragücü” üzərində əzmkar qələbəyə sevinib.
Tura sabah keçiriləcək üç oyunla yekun vurulacaq.
Türkiyə Super Liqası
17-ci tur
3 yanvar
Ümraniyəspor – Hatayspor 2:2
Qol: Avunu, 39. U.Nayir, 67 – Əl-Kaabi, 24. Lobjanidze, 53.
Antalyaspor – Fənərbaxça 1:2
Qol: Rayt, 14 – Batşuayi, 55; 62.
4 yanvar
Kasımpaşa – Alanyaspor 4:1
Qol: Ben Uanes, 11. Fall, 32; 83. Eysserik, 67 – Koka, 90+1.
Kayserispor – Fatih Karagümrük 2:4
Qol: Mensa, 57. İ.Parlak, 72 – L.Mercan, 1. Diane, 12; 63. O.Şükürov, 47.
Qalatasaray – Ankaragücü 2:1
Qol: B.Yılmaz, 16. B.Qomis, 30 – T.Antalyalı, 7.
Konyaspor – Sivasspor 2:2
Qol: M.Dəmir, 22. Hacıahmetoviç, 56-pen – Qradel, 34-pen. Xarisis, 79.
5 yanvar
18:00. Qaziantep – Başakşəhər
21:00. Adana Dəmirspor – İstanbulspor
21:00. Trabzonspor – Girəsunspor


