Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 19-cu tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Əvvəlcə “Kayserispor” doğma meydanda “Sivasspor”la üz-üzə gəlib. Beş qolun qeydə alındığı bu oyunda meydan sahibləri darmadağına seviniblər.
Günün digər matçında isə “Qalatasaray” “Hatayspor”la ev oyununda 4 cavabsız qolla qalib gəlib.
Turun qalan qarşılaşmaları 14 və 15 yanvarda keçiriləcək.
Türkiyə Super Liqası
19-cu tur
13 yanvar
Kayserispor – Sivasspor 4:1
Qol: M.Hosseini, 23. O.Kemen, 31; 69. G.Sazdaği, 41 – R.Yalçın, 52.
Qalatasaray – Hatayspor 4:0
Qol: K.Aktürkoğlu, 9. X.Mata, 45+4; 45+6. B.Qomis, 76.
14 yanvar
14:30. Antalyaspor – Girəsunspor
17:00. Adana Dəmirspor – Ankaragücü
17:00. Konyaspor – Beşiktaş
20:00. Trabzonspor – Başakşəhər
15 yanvar
14:30. Ümraniyəspor – İstanbulspor
17:00. Kasımpaşa – Fatih Karagümrük
20:00. Qaziantep – Fənərbaxça


