Super Liqa: “Sivasspor” “İstanbulspor”a böyük hesabla uduzdu

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 25-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha bir qarşılaşma baş tutub.

Autsayderlər qrupunda qərarlaşmış “İstanbulspor” doğma meydanda “Sivasspor”la qarşılaşıb. İstanbul təmsilçisi bu oyunda darmadağınla qalib gələrək uğursuz mövsüm keçirən Sivas təmsilçisi ilə xallarını bərabərləşdirib. Hazırda 15 və 16-cı pillələrdə qərarlaşmış bu komandaların 24 xalı var.

Super Liqada 25 turdan sonra 60 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 51 xalla ikinci, “Beşiktaş” isə 46 xalla üçüncü pillədə qərarlaşıb. “Adana Dəmirspor” 42, son çempion “Trabzonspor” 41, son 3 matçda uduzan “Başakşəhər” 40, “Kayserispor” 35, “Fatih Karagümrük” 30 xal toplayıb. Azərbaycanlı futbolçu Mahir Emrelinin formasını geyindiyi “Konyaspor”, eləcə də “Antalyaspor” və “Alanyaspor” 28 xala malikdir.

Türkiyə çempionatında 26-cı turun oyunları 17-19 mart aralığında keçiriləcək.

Türkiyə Super Liqası
25-ci tur
10 mart

Girəsunspor – Fatih Karagümrük 2:2
Qol: Bayiç, 20. Saynts, 39 – L.Mercan, 45. Borini, 57-pen.

11 mart

Antalyaspor – Kayserispor 4:0
Qol: Rayt, 33; 68. Fredi, 52. B.Yıldırım, 90+7.

Qalatasaray – Kasımpaşa 1:0
Qol: Zaniolo, 57.

12 mart

Ankaragücü – Alanyaspor 2:0
Qol: Sou, 18. Milson, 76.

Trabzonspor – Adana Dəmirspor 4:1
Qol: Y.Yazıcı, 8. V.Hüqo, 78. Vişça, 81. U.Bozok, 90+4 – Ndiaye, 45+1.

Başakşəhər – Beşiktaş 0:2
Qol: Abubakar, 14. Masuaku, 55.

13 mart

İstanbulspor – Sivasspor 3:0
Qol: Ehtemi, 7-pen. Duhaney, 59. Eyenqa-Lokilo, 88.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: