Super Liqa: “Sivasspor”dan darmadağın, “Beşiktaş”dan xal itkisi

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 22-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Səfərdə “Alanyaspor”la qarşılaşan “Sivasspor” bu oyunda 3 xalı 3 cavabsız qolla qazanıb. “Fatih Karagümrük”ün qonağı olan “Beşiktaş” isə qələbəni əldən verib və turu 1 xalla başa vurub.

Turun qalan qarşılaşmaları fevralın ilk iki günü ərzində keçiriləcək.

Türkiyə Super Liqası
22-ci tur
31 yanvar

Alanyaspor – Sivasspor 0:3
Qol: Yatabare, 32; 45+2. Qradel, 50.

Fatih Karagümrük – Beşiktaş 1:1
Qol: Ozdoyev, 49 – C.Tosun, 33.

1 fevral

18:00. Qaziantep – Hatayspor
18:00. Kasımpaşa – Girəsunspor
21:00. Qalatasaray – Ümraniyəspor
21:00. Trabzonspor – Antalyaspor

2 fevral

18:00. Kayserispor – Başakşəhər
18:00. Konyaspor – İstanbulspor
21:00. Adana Dəmirspor – Fənərbaxça

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: