Super Liqa: “Trabzonspor” 5, “Rizəspor” tək qola sevindi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 4-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “Kasımpaşa” – “Trabzonspor” matçında qonaqlar darmadağına seviniblər. “Rizəspor” isə doğma meydanda “Fatih Karagümrük”ü minimal hesabla üstələyib.

4-cü turun qalan qarşılaşmaları şənbə və bazar günlərinə təsadüf edəcək.

Türkiyə, Super Liqa
4-cü tur
1 sentyabr

Kasımpaşa – Trabzonspor 1:5
Qollar: Vink, 85 – E.Destan, 15. Bardi, 28; 64. Benkoviç, 45+4. G.Gürpüz, 82.

Rizəspor – Fatih Karagümrük 1:0
Qol: Varesanoviç, 45+1.

2 sentyabr

20:15. Başakşəhər – Konyaspor
20:15. Pendikspor – Alanyaspor
22:45. Antalyaspor – Kayserispor
22:45. Qaziantep – Qalatasaray

3 sentyabr

20:15. Beşiktaş – Sivasspor
20:15. Samsunspor – İstanbulspor
22:45. Ankaragücü – Fənərbaxça
22:45. Hatayspor – Adana Dəmirspor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: