Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 18-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.
“İstanbulspor” – “Qaziantep” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Başakşəhər” “Adana Dəmirspor”la ev oyunundan qalib ayrılıb. Son çempion “Trabzonspor” isə “Alanyaspor”la səfər oyununda 5 cavabsız qolla məğlub olub.
18 turdan sonra 39 xalı olan “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 35 xalla ikinci, “Başakşəhər” 34 xalla üçüncüdür. “Adana Dəmirspor” 30, “Beşiktaş”la “Trabzonspor” 29 xal toplayıb.
Türkiyə Super Liqası
18-ci tur
7 yanvar
Hatayspor – Antalyaspor 0:0
Beşiktaş – Kasımpaşa 2:1
Qol: C.Tosun, 28. Veqhorst, 45+6 – A.Engin, 69.
8 yanvar
Fatih Karagümrük – Konyaspor 3:3
Qol: Ozdoyev, 7. Dianye, 33. Frey, 88 – M.Diuf, 65; 72; 90+5.
Ankaragücü – Kayserispor 2:1
Qol: Sou, 38. E.Kılınc, 63 – M.Kardozo, 15.
Girəsunspor – Ümraniyəspor 0:1
Qol: Mrşiç, 83.
Fənərbaxça – Qalatasaray 0:3
Qol: S.Oliveyra, 32. K.Aktürkoğlu, 78. İkardi, 90+11.
9 yanvar
Başakşəhər – Adana Dəmirspor 2:1
Qol: D.Türüç, 52-pen. S.Gürlər, 62 – S.Akaydın, 58.
Alanyaspor – Trabzonspor 5:0
Qol: E.Karaca, 14. Koka, 36; 45+7. Eduardo, 75. Y.Özdəmir, 78.
İstanbulspor – Qaziantep 1:1
Qol: Ethemi, 90+12-pen – Yevtoviç, 38.


