Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 9-cu turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
Səfərdə “Fatih Karagümrük”lə qarşılaşan “Adana Dəmirspor” 2 cavabsız qolla uduzub. Adana təmsilçisinin və Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev bu oyunda sonadək ehtiyatda qalıb.
Günün digər oyununda “Trabzonspor” doğma meydanda “Alanyaspor”a qalib gəlib.
Beləliklə, 9 turdan sonra maksimum nəticə ilə irəliləyən “Fənərbaxça” 27 xalla vahid liderdir. Son çempion “Qalatasaray” 25 xalla ikinci, “Adana Dəmirspor” isə 17 xalla üçüncü pillədə qərarlaşıb. “Beşiktaş”ın 16, “Trabzonspor” və “Kasımpaşa”nın 15, “Hatayspor” və “Rizəspor”un 14, “Kayserispor”un 13, “Sivasspor” və “Alanyaspor”un 10, “Ankaragücü”, “Fatih Karagümrük”, “Antalyaspor”, “Konyaspor” və “Qaziantep”in 9 xalı var.
Türkiyə, Super Liqa
9-cu tur
21 oktyabr
Kayserispor – Rizəspor 3:1
Qollar: Tiam, 31; 66-pen; 89-pen – Zeqiri, 70.
Qaziantep – Antalyaspor 1:0
Qol: Nkulu, 71.
Konyaspor – Pendikspor 1:2
Qollar: Moreno, 49 – E.Yardımcı, 64. Diabi, 88.
Qalatasaray – Beşiktaş 2:1
Qollar: İkardi, 26; 82-pen – Çemberleyn, 69.
22 oktyabr
Sivasspor – Kasımpaşa 0:1
Qol: İ.Qomis, 53.
İstanbulspor – Ankaragücü 2:1
Qollar: Traore, 12. E.Gültəkin, 62 – T.Cigerci, 24-pen.
Fənərbaxça – Hatayspor 4:2
Qollar: Şimanski, 7. Osayi-Samuel, 15. Dzeko, 39. İ.C.Kahveci, 63 – Gulam, 55. Aabib, 90+4.
Samsunspor – Başakşəhər 0:0
23 oktyabr
Fatih Karagümrük – Adana Dəmirspor 2:0
Qollar: Sanqare, 52. S.Dursun, 89.
Trabzonspor – Alanyaspor 1:0
Qol: Aliti, 54-öz qapısına.


