Super Liqa: “Trabzonspor” Antalyada 5 qola üzüldü

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 3-cü turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki matç baş tutub.

Son çempion “Trabzonspor” səfərdə “Antalyaspor”la üz-üzə gəlib. Yeddi qolun qeydə alındığı bu görüşdə ev sahibləri 5:2 hesabıyla qələbə qazanıblar.

“Hatayspor” isə evdə “Qaziantep”lə qarşılaşıb. Üç qolluq bu görüşdə isə qonaqlar qələbəni bayram ediblər.

Türkiyə Super Liqası
3-cü tur

19 avqust

Ümraniyəspor – Qalatasaray 0:1
Qol: Qomis, 86.

20 avqust

Hatayspor – Qaziantep 1:2
Qollar: El Kaabi, 31 – Fiqeyredo, 7. Yevtoviç, 49.

Antalyaspor – Trabzonspor 5:2
Qollar: Fernando, 14. Rayt, 40-pen; 90+8. G.Bayrakdar, 81; 90+6 – Bardi, 45+5; 73.

21 avqust

20:15. Başakşəhər – Kayserispor
22:45. Beşiktaş – Fatih Karagümrük

22 avqust

20:15. Sivasspor – Alanyaspor
22:45. Fənərbaxça – Adana Dəmirspor