Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 16-cı turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.
“Alanyaspor” “Kayserispor”u, “İstanbulspor” isə “Kasımpaşa”nı məğlub yola salıb. Son çempion “Trabzonspor” da səfərdə “Fatih Karagümrük”lə üz-üzə gəlib. Bol qollu bu qarşılaşma Trabzon təmsilçisinin məğlubiyyəti ilə başa çatıb.
Tura sabah keçiriləcək üç oyunla yekun vurulacaq.
Türkiyə Super Liqası
16-cı tur
27 dekabr
Ankaragücü – Ümraniyəspor 1:2
Qol: G.Zahid, 2 – Avunu, 9; 55.
Başakşəhər – Antalyaspor 2:0
Qol: D.Türüç, 57. Aleksiç, 66.
Fənərbaxça – Hatayspor 4:0
Qol: Kinq, 20. Batşuayi, 26. S.Dursun, 86. Q.Enrike, 90+5.
28 dekabr
Alanyaspor – Kayserispor 3:1
Qol: Koka, 21. Y.Özdəmir, 36. E.Karaca, 72-pen – A.Karimi, 59.
İstanbulspor – Kasımpaşa 2:1
Qol: Ethemi, 29. E.Gültəkin, 78 – Petretta, 25.
Fatih Karagümrük – Trabzonspor 4:1
Qol: Ozdoyev, 6. Borini, 34. Riççi, 67. Kuassi, 87 – Bartra, 20.
29 dekabr
18:00. Girəsunspor – Qaziantep
18:00. Sivasspor – Qalatasaray
21:00. Beşiktaş – Adana Dəmirspor


