Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2022/2023 mövsümünün 37-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma baş tutub.
“Konyaspor” – “Fatih Karagümrük” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Adana Dəmirspor” evdə “Başakşəhər”ə, “Kayserispor” “Ankaragücü”nə, “Ümraniyəspor” isə “Girəsunspor”a məğlub olub.
“Trabzonspor” doğma meydanda “Alanyaspor”a böyük hesabla qalib gəlib. Səfərdə “Kasımpaşa” ilə üz-üzə gələn “Beşiktaş” da 3 xalı var beş qolla qazanıb.
37-ci tura sabah keçiriləcək İstanbul derbisi ilə yekun vurulacaq. Çempionlu təmin etmiş “Qalatasaray” əzəli rəqibi “Fənərbaxça” ilə üz-üzə gələcək.
Türkiyə, Super Liqa
37-ci tur
3 iyun
Konyaspor – Fatih Karagümrük 1:1
Qol: Moreno, 40 – Diaqne, 45+4.
Adana Dəmirspor – Başakşəhər 2:3
Qol: Stambuli, 7. Morel, 48 – Keni, 10; 86. Fiqeyredo, 26.
Kasımpaşa – Beşiktaş 2:5
Qol: A.Kara, 62. Donk, 86 – J.Fernandes, 19. C.Tosun, 30. Abubakar, 49. T.Bingöl, 79. Hatçinson, 90+13-pen.
Kayserispor – Ankaragücü 0:1
Qol: Kitsiu, 24.
Trabzonspor – Alanyaspor 5:1
Qol: Trezeqe, 18. Hamşik, 24-pen. Bakasetas, 32. Larsen, 35. U.Bozok, 58 – U.Günəş, 14.
Ümraniyəspor – Girəsunspor 0:1
Qol: Bayiç, 45.
4 iyun
20:00. Qalatasaray – Fənərbaxça


