Super Liqa: “Trabzonspor”u məğlub edən tapıldı

Futbol üzrə Türkiyə Super Liqasında 30-cu tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki matç baş tutub.

Lider “Trabzonspor” “Rizəspor”un qonağı olub. Trabzonlular beş qolun qeydə alındığı bu görüşdə məğlubiyyətə üzülüblər.

Günün digər matçında “Fatih Karagümrük” “Kayserispor”la üz-üzə gəlib. Meydan sahibləri bu matçda darmadağına seviniblər.

Turun mərkəzi matçında 3-cü pillədə qərarlaşan “Fənərbaxça” 2-ci pillədəki “Konyaspor”u qəbul edəcək.

Avropa Liqasında çıxışını başa vuran “Qalatasaray” “Qaziantep” səfərinə yollanacaq.

“Beşiktaş” – “Hatayspor” qarşılaşması da avrokuboklara vəsiqə baxımından maraq doğurur.

Türkiyə Super Liqası
30-cu tur
18 mart

Rizəspor – Trabzonspor 3:2
Qol: Pohyanpalo, 59-pen; 64-pen; 90+5-pen – A.Ömür, 48. Djanini, 70.

Fatih Karagümrük – Kayserispor 3:0
Qol: E.Mor, 10; 36; 75.

19 mart

14:30 Yeni Malatyaspor – Kasımpaşa
17:00 Göztəpə – Alanyaspor
17:00 Adana Dəmirspor – Başakşəhər
20:00 Beşiktaş – Hatayspor

20 mart

14:30 Sivasspor – Altay
14:30 Antalyaspor – Girəsunspor
17:00 Qaziantep – Qalatasaray
20:00 Fənərbaxça – Konyaspor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: