Futbol üzrə Türkiyə Super Liqasında 14-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
“Adana Dəmirspor” “Kasımpaşa”nı, “Başakşəhər” isə “Altay”ı qəbul edib. Hər iki oyun başladığı kimi – qolsuz başa çatıb.
Son turlarda uğursuz çıxış edən “Beşiktaş” bu dəfə “Girəsunspor”un müqavimətini qırmağa çalışacaq. Lider “Trabzonspor” bu turda “Fatih Karagümrük”lə üz-üzə gələcək.
“Qalatasaray” “Yeni Malatyaspor”un, “Fənərbaxça” isə “Göztəpə”nin qonağı olacaq.
Türkiyə Super Liqası
14-cü tur
26 noyabr
Adana Dəmirspor – Kasımpaşa 0:0
Başakşəhər – Altay 0:0
27 noyabr
14:30. Antalyaspor – Alanyaspor
17:00. Rizəspor – Kayserispor
20:00. Beşiktaş – Girəsunspor
28 noyabr
14:30. Qaziantep – Konyaspor
17:00. Sivasspor – Hatayspor
17:00. Fatih Karagümrük – Trabzonspor
20:00. Yeni Malatyaspor – Qalatasaray
29 noyabr
21:00. Göztəpə – Fənərbaxça


