Super Liqada tura qolsuz start

Futbol üzrə Türkiyə Super Liqasında 25-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında “Altay” doğma meydanda “Rizəspor”la qarşılaşıb. Tərəflər bu oyundan qolsuz ayrılıblar.

“Başakşəhər” bu turda “Qaziantep”i qəbul edəcək, “Fənərbaxça” isə səfərdə “Girəsunspor”un qonağı olacaq.

Mövsümün uğursuz komandalarından olan “Qalatasaray”ın bu turdakı rəqibi “Kayserispor” olacaq. Lider “Trabzonspor” “Konyaspor”la, “Beşiktaş” isə “Adana Dəmirspor”la üz-üzə gələcək.

Türkiyə Super Liqası
25-ci tur
11 fevral

Altay – Rizəspor 0:0

12 fevral

17:00. Başakşəhər – Qaziantep
17:00. Girəsunspor – Fənərbaxça
20:00. Qalatasaray – Kayserispor

13 fevral

14:30. Sivasspor – Yeni Malatyaspor
17:00. Antalyaspor – Fatih Karagümrük
20:00. Kasımpaşa – Alanyaspor
20:00. Trabzonspor – Konyaspor

14 fevral

21:00. Adana Dəmirspor – Beşiktaş
21:00. Hatayspor – Göztəpə

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: