Super Liqanı tərk edən son iki klub bəlli oldu

Bu mövsümün sonunda futbol üzrə Türkiyə Super Liqasını tərk edəcək sonuncu iki komandanın adı bəlli olub. Arena.az xəbər verir ki, “Altay” və “Rizəspor” da növbəti mövsümdə elitada olmayacaq.

Ötən gecə 36-cı tur çərçivəsində baş tutan “Qaziantep” – “Kayserispor” matçında qeydə alınan heç-heçə (1:1) ilə elitanı kimlərin tərk edəcəyi barədə bütün suallara aydınlıq gətirib.

Bu heç-heçə sayəsində xalını 43-ə çatdıran “Qaziantep” elitadakı yerini qoruyub. Hazırda bu komanda 20 iştirakçı arasında 43 xalla 16-cı pillədə qərarlaşıb. Bu isə sözügedən klubun son iki turda məğlub olsa belə, təhlükəli zonaya düşməyəcəyi anlamına gəlir.

Əvəzində 33 xalı olan “Altay” və “Rizəspor”un elitanı tərk edəcəyi dəqiqləşib. Bu iki klubun hələ 3 oyunu qalsa da, bütün matçlarda qalib gəlsələr belə, “Qaziantep”i qabaqlaya bilməyəcəklər.

Xatırladaq ki, daha öncə “Yeni Malatyaspor” (20) və “Göztəpə” (28) də aşağı liqaya düşmüşdü. Bu mövsüm Super Liqanı dörd komanda tərk edir. Elitaya yüksələn komandalardan da ikisi bəllidir. Bunlar TFF 1-ci Liqada 67 xalla lider olan “Ankaragücü” və 66 xalı olan “Ümraniyəspor”dur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: