Super Liqanın lideri xal itirdi, son çempion darmadağına sevindi

Futbol üzrə Türkiyə Super Liqasında 32-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.

Turun açılış oyununda “Fatik Karagümrük” “Kasımpaşa”nı qəbul edib. Beş qolun qeydə alındığı bu oyunda meydan sahibləri çətin qələbəyə seviniblər.

“Rizəspor” da “Konyaspor”u məğlub yola salıb. “Göztəpə” isə “Kayserispor”la ev oyunundan məğlub ayrılıb.

Son çempion “Beşiktaş” bu dəfə “Alanyaspor”la ev oyununda darmadağına sevinib. Səfərdə “Qaziantep”lə qarşılaşan lider “Trabzonspor” isə turu 1 xalla başa vurub.

Turun mərkəzi oyunu sabah keçiriləcək. “Fənərbaxça” cari mövsümdə işləri heç də yaxşı getməyən “Qalatasaray”la üz-üzə gələcək.

Türkiyə Super Liqası
32-ci tur

9 aprel

Fatih Karagümrük – Kasımpaşa 3:2
Qol: A.Uğur, 31. Peşiç, 38. Bıstroviç, 72 – T.Sərbəst, 67. Muleka, 82.

Göztəpə – Kayserispor 1:2
Qol: Di Santo, 45 – E.Başsan, 8. O.Kemen, 26.

Rizəspor – Konyaspor 2:1
Qol: Bolasi, 43. Pohyanpalo, 77 – Byutyuqi, 26.

Beşiktaş – Alanyaspor 4:1
Qol: Batşuayi, 2; 43. Jozef, 25. G.Yalçın, 78 – E.Karaca, 23.

Qaziantep – Trabzonspor 0:0

10 aprel

14:30 Yeni Malatyaspor – Girəsunspor
17:00 Sivasspor – Başakşəhər
17:00 Adana Dəmirspor – Altay
21:30 Fənərbaxça – Qalatasaray

11 aprel

21:30. Antalyaspor – Hatayspor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: