Futbol üzrə Türkiyə Super Liqasında 28-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bazar günü üç qarşılaşma baş tutub.
“Fatih Karagümrük” – “Altay” matçında qapılara qol vurulmayıb. “Antalyaspor” doğma meydanda “Sivasspor”u minimal hesabla üstələyib.
Bu tur əsas diqqətlər “Ülkər stadyum”a yönəlmişdi. Burada “Fənərbaxça” çempionluğa ən real namizəd sayılan “Trabzonspor”u qəbul edib. Vahid lider olan Qaradəniz təmsilçisi ən yaxın izləyicisini 17 xal qabaqlayırdı. Trabzonlular İstanbuldan da 1 xalla qayıtmağı bacarıblar.
Türkiyə Super Liqası
28-ci tur
4 mart
Yeni Malatyaspor – Adana Dəmirspor 1:0
Qol: Şuyar, 77.
5 mart
Rizəspor – Girəsunspor 1:2
Qol: Pohyanpalo, 14 – Çikinyo, 45+3. Traore, 48.
Göztəpə – Kasımpaşa 2:3
Qol: Di Santo, 7. Ndiaye, 80 – Muleka, 5; 48. U.Bozok, 79.
Konyaspor – Qalatasaray 2:0
Qol: Koka, 8. Rahmanoviç, 20.
6 mart
Fatih Karagümrük – Altay 0:0
Fənərbaxça – Trabzonspor 1:1
Qol: Zayç, 71 – Nvakaeme, 22.
Antalyaspor – Sivasspor 1:0
Qol: Fernando, 45+2.
7 mart
21:00. Kayserispor – Alanyaspor
21:00. Beşiktaş – Başakşəhər
21:00. Qaziantep – Hatayspor


