Takehiro Tomiyasu uzun müddətə sıradan çıxdı

“Arsenal”ın yapon sağ cinah müdafiəçisi Takehiro Tomiyasu baldırından aldığı zədə səbəbindən uzun müddətə sıradan çıxıb.

Arena.az “Football London” dərgisinə istinadən xəbər verir ki, bu barədə topçuların baş məşqçisi Mikel Arteta məlumat verib:

“Biz müayinə keçirdik, nəticələr çox da yaxşı deyil. Takehiro baldırından zədə alıb və bir müddət yaşıl meydanlardan kənarda qalacaq”, deyə Arteta bildirib.

Xatırladaq ki, Tomiyasu Premyer Liqanın 14-cü turunun “Vulverhempton”la oyununda (2:1) zədələnib və 79-cu dəqiqədə əvəzlənib.

Daha əvvəl, “Arsenal”ın Tomiyasu üçün yeni müqavilə hazırladığı bildirilirdi.

Takehiro Tomiyasu “Arsenal”a 2021-ci ilin avqustunda 18,60 milyon avro müqabilində “Bolonya”dan keçib. Yapon müdafiəçinin topçularla müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Tomiyasu cari mövsümdə “Arsenal”ın heyətində 19 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib. Takehiro “topçular”la 2024 İngiltərə Super Kubokunun qalibi olub.
Takehiro Tomiyasu 2018-ci ilin oktyabrında debüt etdiyi Yaponiya yığmasının heyətində 37 oyuna 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 25 yaşlı Takehiro Tomiyasunu 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: