Azərbaycan boksçuları Tamerlan Əlimzanov və İsmayıl Vəliyev Qazaxıstanda keçirilən yeniyetmə arasında beynəlxalq turnirin qalibi olublar.
Arena.az xəbər verir ki, Karaqanda şəhərində təşkil olunmuş yeniyetmə boksçular arasında beynəlxalq turnir başa çatıb.
Azərbaycan millisi 5 ölkədən 200-dək idmançının qatıldığı yarışda 2 qızıl və 2 gümüş medal qazanıb.
Komandamızın heyətində Tamerlan Əlimzanov (57 kq) və İsmayıl Vəliyev (75 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yusif Bəylərovla (54 kq) Səftər Məmmədzadə (+80 kq) isə ikinci yeri tutublar.
Azərbaycanlı hakim Asif Məmmədov bu yarışın ədalətli referisi seçilib.


