Türkiyənin “Qaziantep” klubunun hücumçusu Tomaş Pexart Super Liqa klubu ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə elita təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Çexiyalı forvardla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqəyə çatdırılıb. Futbolçuya xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.
Tomaş Pexart bu mövsümün əvvəlində Polşanın “Legiya” (Varşava) klubundan “Qaziantep”ə transfer edilmişdi. O, bu komandanın heyətində cəmi 13 matça çıxıb və 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Pexart “Qaziantep” və “Legiya”dan başqa, “Las Palmas”, “Hapoel” (Beer Şeva), AEK (Afina), “İnqolştadt”, “Nürnberq”, “Sparta” (Praqa), “Yablonets” və “Sauthempton” kimi klubların da formasını geyinib. 33 yaşlı forvard Çexiya yığmasında 26 oyunda 2 qola imza atıb.


