“Bayern”in baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının 4-cü turu çərçivəsində “Qalatasaray” üzərində qələbəsini (2:1) şərh edib.
Arena.az “Bayern”in rəsmi saytına istinadən alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Biz əlimizdə olan imkanlardan istifadə etdik, amma yarıimkanlara və sürətli hücumlara gəldikdə kifayət qədər təsirli olmadıq. Bizdə dəqiqlik yox idi və çox səliqəsiz idik. Bu, ağır iş yükü ilə bağlı ola bilər.
Enerji və nəzarətdən razı qaldım. Rəqibin cərimə meydançasında o qədər də aqressiv deyildik. Ümumilikdə komandanın çıxışından qürur duyuram. Qələbəni təbii qəbul etmək olmaz. Aclığımız qalacaq”, deyə Tomas Tuxel bildirib.
Qələbə sayasəndə “Bayern” 12 xal toplayıb və turnirin pley-off mərhələsinə vəsiqəsini təmin edib. Məğlubiyyət nəticəsində “Qalatasaray” 4 xalında qalıb və 3-cü yerə düşərək, eyni miqadarda xal toplamış “Kopenhagen”in təqibçisinə çevrilib. İngiltərə nəhəngi “Mançester Yunayted” isə 3 xalla qrupun autsayderidir.


