“Bayern”in baş məşqçisi Tomas Tuxel komandanın 31 yaşlı seneqallı hücumçusu Sadio Manenin ötən mövsümdəki çıxışı haqda danışıb.
Arena.az “Sport1.de” portalına istinadən Tuxelin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Sadio ötən mövsümü qeyri-qənaətbəxş keçirdi, nə özünün, nə də klubun ümidlərini doğrultmadı. Onun mövqeyində yüksək rəqabət var: Koman “Bayern” üçün çox vacibdir, Qnabri yenidən yaxşı formadadır və qollar vurur. Mane çətin vəziyyətdə idi”, deyə Tomas Tuxel bildirib.
Mane “Bayern”ə 2022-ci ilin yayında “Liverpul” keçib. Seneqallı hücumçunun Münhen klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2022/2023 mövsümündə Sadio Mane “Bayern”in heyətində 38 oyuna çıxıb, 12 qol vurub, 6 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı Sadio Maneni 25 milyon avro məbləğində qiymətləndirir.
Əvvəllər bildirilirdi ki, Mane bu yay Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubuna keçə bilər. Manenin “Liverpul”dakı sabiq komanda yoldaşı, braziliyalı hücumçu Roberto Firminonun da cari transfer pəncərəsində “Əl-Əhli”yə keçə biləcəyi ehtimal edilir.


