Tomas Tuxel Yozua Kimmixin əvəzinə yeni “dayaqçı” istəyir

“Bayern”in alman baş məşqçisi Tomas Tuxel komandaya yeni dayaq yarımmüdafiəçinin alınmasını zəruri hesab edir.

Arena.az bu barədə “Bayern & Germany” portalına istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Tomas Tuxel daha çox dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Yozua Kimmixi 8 nömrə mövqeyində istifadə etmək istəyir. Kimmixin özü isə sabit rolunu baş məşqçinin istəyinə dəyişmək istəmir.

Futbolçuların və klub rəhbərliyinin daha bir dayaq yarımmüdafiəçisi ilə müqavilə imzalamağı vacib saymadığı və Tuxelin bu mövqeyə futbolçu almaq istəyinin onları qəzəbləndirdiyi vurğulanır.

Ümumilikdə isə məşqçilər qərargahının fikrincə, son vaxtlar Kimmix onun yol verməsi məqbul olmayan səhvlərə yol verir. Son şəxsi söhbətində Tuxel Kimmixi komandanı oyununu yavaşlatmaqda günahlandırıb.

Cari 2023/2024 mövsümündə Yozua Kimmix “Bayern”in heyətində 2 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. 2015-ci ildə “Ştutqart”dan 8,5 milyon avro qarşılığında Münhen klubuna keçmiş futbolçu həmin dövrdən bəri bu komandada 349 oyuna çıxıb, 40 qol və 94 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı 28 yaşlı Yozua Kimmixi 75 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: