Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Təbriz klubu 16-cı tur çərçivəsində “Gol Gohar”la qarşılaşıb.
İspaniyalı Pako Xemesin çalışdırdığı komanda bu rəqiblə doğma meydanda qarşılaşıb. “Traktorçular” bu oyundan məhsuldar heç-heçə ilə ayrılıblar. Hesabı 5-ci dəqiqədə Təbriz klubu açıb. Amma qonaqlar 30 və 34-cü dəqiqələrdə vurduqları qollarla dönüş yarada biliblər. 40-cı dəqiqədə Cənubi Azərbaycan nəhəngi daha bir qol vurmaqla matçın yekun nəticəsini müəyyənləşdirib – 2:2.
16 turdan sonra 23 xala malik “Traktor” 16 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. Təbriz təmsilçisi növbəti matçını yanvarın 27-də səfərdə “Zobahan” komandasına qarşı keçirəcək.


