Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Təbriz klubu 18-cu tur çərçivəsində “Fulad”la qarşılaşıb.
İspaniyalı Pako Xemesin çalışdırdığı komanda bu rəqiblə doğma meydanda qarşılaşıb. “Traktorçular” bu oyundan qələbə ilə ayrılıblar – 1:0. Yeganə qolu 90+9-cu dəqiqədə Hadi Məhəmmədi vurub.
18 turdan sonra 29 xala malik “Traktor” 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Təbriz təmsilçisi növbəti matçını fevralın 8-də səfərdə “Havadar” komandasına qarşı keçirəcək.


