Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Təbriz klubu 11-ci tur çərçivəsində “Malavan”la qarşılaşıb.
Məşhur Qurban Berdıyevin çalışdırdığı komanda bu rəqiblə doğma meydanda qarşılaşıb. “Traktorçular” iki qolun qeydə alındığı bu oyundan heç-heçə ilə ayrılıblar – 1:1.
11 turdan sonra 15 xala malik “Traktor” 16 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. Təbriz təmsilçisi növbəti matçını noyabrın 4-də səfərdə “Paykan” komandasına qarşı keçirəcək.


