“Traktor” “Persepolis”ə doğma meydanda uduzdu

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Təbriz klubu 22-ci tur çərçivəsində “Persepolis”lə qarşılaşıb.

İspaniyalı Pako Xemesin çalışdırdığı komanda bu rəqiblə doğma meydanda qarşılaşıb. “Traktorçular” beş qolun qeydə alındığı matçdan məğlubiyyətlə ayrılıblar – 2:3. İlk yarıda (18 və 30-cu dəqiqələrdə) buraxılan qollarla məğlub duruma düşən təbrizlilər fasilədən sonra bu topların əvəzini çıxmağı bacarıblar. Məhəmməd Abbaszadə əvvəlcə 67-ci dəqiqədə hesab arasındakı fərqi azaldıbsa, 84-cü dəqiqədə penaltidən dəqiq yararlanmaqla tarazlığı bərpa edib. Amma 90+5-ci dəqiqədə buraxılan üçüncü qol məğlubiyyəti qaçılmaz edib.

22 turdan sonra 36 xala malik “Traktor” 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Təbriz təmsilçisi növbəti matçını martın 20-də səfərdə “Mes Rafsancan” komandasına qarşı keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: