“Traktor” yeni mövsümdə ilk qələbəsini qazandı

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2023/2024 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu 3-cü tur çərçivəsində “Mes Rafsanjan” komandası ilə qarşılaşıb.

İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda qarşılaşıb. “Traktorçular” meydandan qələbə ilə ayrılıblar. Təbrizlilər 86-cı dəqiqədə Mehdi Abdinin vurduğu yeganə qol sayəsində cari mövsümdə ilk dəfə 3 xala seviniblər – 1:0.

Xatırladaq ki, Təbriz təmsilçisi buna qədər keçirdiyi ilk iki oyundan məğlubiyyətlə ayrılmışdı. Komanda hazırda 3 xalla 16 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.

“Traktor” növbəti matçını sentyabrın 2-də səfərdə “İstiqlal”a qarşı keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: