Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Təbriz klubu 17-cu tur çərçivəsində “Zobahan”la qarşılaşıb.
İspaniyalı Pako Xemesin çalışdırdığı komanda bu rəqiblə səfərdə qarşılaşıb. “Traktorçular” bu oyundan inamlı qələbə ilə ayrılıblar. Hesabı 30-cu dəqiqədə Təbriz klubu açıb. Amma meydan sahibləri 39-cu dəqiqədə penaltidən vurduqları qolla hesaba tarazlıq gətiriblər. Cənubi Azərbaycan nəhəngi ilk hissəyə əlavə olunmuş 9-cu dəqiqədə daha bir qol vurub. Təbrizlilər 63-cü dəqiqədə yenidən fərqlənməklə matçın yekun nəticəsini müəyyənləşdiriblər – 3:1. Qonaqların heyətində hər üç qolu Reza Asadi vurub.
17 turdan sonra 26 xala malik “Traktor” 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Təbriz təmsilçisi növbəti matçını fevralın 1-də doğma meydanda “Fulad” komandasına qarşı keçirəcək.


