“Traktor”dan səfərdə çətin qələbə

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2024/2025 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu 5-ci tur çərçivəsində “Xeybər Xorramabad”la qarşılaşıb.

Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. “Traktorçular” meydandan çətin qələbə ilə ayrılıblar – 2:1. 12-ci dəqiqədə Rikardo Alvesin sayəsində hesabı açan təbrizlillər az sonra penaltidən buraxdıqları qolla bu üstünlüyü əldən veriblər. 61-ci dəqiqədə isə Danial Esmaeilifar qonaqlara qələbə qazandıran həlledici qola imza atıb.

Mövsümə inamlı başlamış “Traktor” hazırda 5 oyuna topladığı 10 xalla 16 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb. Təbriz klubu çempionatdakı növbəti matçını sentyabrın 27-də səfərdə “Sepahan”a qarşı keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: