İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Fransisko Trinkao karyerasını İngiltərədə davam etdirəcək. Arena.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi “Vulverhempton”a keçib.
Bu barədə hər iki klubun mətbuat xidmətləri məlumat yayıb. Trinkao 2021/22 mövsümünün sonuna qədər icarə əsasında Premyer Liqa təmsilçisində forma geyinəcək.
Qeyd edək ki, Trinkao 2020-ci ilin yanvarından “Barselona”dadır. “Braqa”nın yetirməsi olan portuqaliyalı futbolçu Kataloniya təmsilçisində ümumilikdə 42 oyuna çıxıb.


