Trpişovski: “Slaviya”nın “Milanı” evdə məğlub edəcəyinə, əminəm”

“Slvaiya”nın baş məşqçisi Yindrjix Trpişovski Avopa Liqasının 1/8 finalının ilk oyununda səfərdə “Milan”a məğlubiyyəti (2:4) şərh edib.

Arena.az “Milan News” dərgisinə istinadən, çex mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Nəticəni geri qaytarmaq imkanlarımız var, evdə daha da çox çalışacağıq. İlk 25 dəqiqədə yaxşı oyun oldu, “Milan”dan da yaxşı çıxış etdik. Ardınca, oyunçumuz meydandan qovulduqdan sonra oyun dəyişdi.

Əgər Malik Diuf matçın əvvəlində meydandan qovulmasaydı, oyun daha gərgin keçəcəkdi. Fiziki cəhətdən yaxşı hazırlıq göstərdik, hətta sayca azlıqda olsaq da, qollar vurduq. 2:4 hesabı ilə uduzduq, ümidvaram ki, evdə daha yaxşı çıxış edəcəyik, bəlkə də nəticəni dəyişəcəyik. Əminəm ki, evdə qələbə qazanacağıq”, deyə Trpişovski iddialı danışıb.

Komandalar arasında cavab oyunu martın 14-də Praqada keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: