“Turan Tovuz” üçün 20-ci qələbə, 75-ci qol

“Turan Tovuz” komandası futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) ən böyükhesablı qələbə rekordunu təkrarlayıb.

Arena.az xəbər verir ki, Tovuz təmsilçisi 36-cı turda “Kəpəz”i 4 cavabsız qolla məğlub edib.

Bu, klubun tarixində Premyer Liqada 4 top fərqli 3-cü qələbədir. 2022/2023-cü illər mövsümündə “Neftçi”ni, 2023/2024-cü illər mövsümündə “Kəpəz”i 4:0 hesabı ilə məğlub edən Tovuz təmsilçisi bu göstəricini təkrarlayıb.

Qərb derbisindəki qələbə həm də iki yubileylə əlamətdar olub. Tovuz təmsilçisi Premyer Liqada evdə 20-ci qələbə və 75-ci qola sevinib. Əlamətdar qola Ayxan Hüseynov imza atıb.

Qeyd edək ki, “Turan Tovuz” 2022-ci ilin yayından Premyer Liqada çıxış edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: