Premyer Liqada qeyri-sabit çıxışı ilə diqqət mərkəzində olan “Turan Tovuz” futbol üzrə Azərbaycan çempionatlarında 30-cu heç-heçəsini edib.
Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün 31-ci turunun “Araz-Naxçıvan”la görüşündə qeydə alınıb.
Qərb klubu 103-cü matçında 30-cu sülhə imza atıb – 1:1. Bu bərabərliklərdən 12-si evdə, 18-i səfərdə gerçəkləşib.
Qeyd edək ki, “Turan Tovuz” ölkə çempionatları tarixində ən azı 30 heç-heçə edən 23-cü komandadır.
Tovuz təmsilçisi hazırda Premyer Liqanın yarış cədvəlində 48 xalla 4-cü pillədə qərarlaşıb. Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv 31 oyunda 12 qələbə qazanıb, 12 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.


