Çempionlar Liqasında İstanbulda “Qalatasaray” – “Mançester Yunayted” oyununda (3:3) türk azarkeşlər Fələstinə dəstək nümayiş etdiriblər.
Arena.az məlumat verir ki, qapı arxasında açılmış böyük parça üzərində ingiliscə “Humanity is dying in Gaza!” (“İnsanlıq Qəzzada ölür!”) çağırışı yazılıb.
Bu ismarışla, türk azarkeşlər dünya ictimaiyyətinin diqqətini Qəzzada baş verən müsibətlərə yönəltməyə çalışıblar. Onlar həm də İsraillə hərbi münaqişədə Fələstin xalqına dəstək nümayiş etdiriblər.
Xatırladaq ki, Qəzza zolağına nəzarət edən Fələstinin HƏMƏS hərəkatı 2023-cü il oktyabrın 7-də İsrailə hücum edib. Bunun müqabilində İsrail hadisəni “müharibə” adlandıraraq qarşı tərəfə hərbi üsulla cavab verib.



