Bu mövsüm avrokuboklarda çıxış etmiş Türkiyə nəhənglərinin (“Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş”) qazandıqları gəlir bəlli olub.
Arena.az xəbər verir ki, qardaş ölkəni 2023/2024 mövsümündə bu üç nəhəngdən başqa həm də “Adana Dəmirspor” təmsil edib.
Qitə miqyaslı turnirlərdə qrup mərhələsi başa çatdıqdan sonra türkiyəli həmkarlarımız klublarının mövsümün geridə qalan hissəsindəki qazanclarını araşdırıblar. Araşdırmalar nəticəsində Türkiyə klublarının ümumilikdə 43 milyon 933 min 237 avro, yəni 1 milyard 402 min 520 min lirə qazandığı müəyyənləşib.
Hər klubun ayrılıqda nə qədər qazandığı da maraqlıdır:
Qalatasaray – 30 milyon 140 min 737 avro
Fənərbaxça – 7 milyon 601 min 800 avro
Beşiktaş- 5 milyon 140 min 700 avro
Adana Dəmirspor – 1 milyon 500 min avro
Xatırladaq ki, qardaş ölkə təmsilçilərindən “Qalatasaray” mübarizə apardığı UEFA Çempionlar Liqasından ələnərək Avropa Liqasında yoluna davam edir. “Fənərbaxça” Avropa Konfrans Liqasında 1/8 finala vəsiqə qazanıb. “Beşiktaş” Avropa Konfrans Liqasında qrupdan çıxa bilmədi. “Adana Dəmirspor” isə bu turnirin pley-off mərhələsində uduzduğu üçün qrup mərhələsinə vəsiqə qazana bilməmişdi.
Bahar Rüstəmzadə


