Türkiyə Kubokunda bütün 1/8 finalçılar müəyyənləşdi

Bu gün futbol üzrə Türkiyə Kubokunda 2023/2024 mövsümünün 1/16 final mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

“Sivasspor” “Keçiörengücü”nü, “Konyaspor” “Göztəpə”ni, “Trabzonspor” “Manisa”nı, “Qalatasaray” isə “Ümraniyəspor”u doğma meydanda məğlub edərək növbəti mərhələyə yüksəlib. Super Liqa təmsilçilərindən “Kayserispor” evdə “Gənclərbirliyi”nə uduzaraq mübarizəni dayandırıb.

Xatırladaq ki, daha öncə “Fatih Karagümrük”, “Ankaragücü”, “Hatayspor”, “Beşiktaş” və “Bandırmaspor”, “Antalyaspor”, “Başakşəhər”, “Qaziantep”, “Samsunspor”, “Ərzincanspor” və “Fənərbaxça” da 1/8 finala vəsiqə qazanmışdılar.

Türkiyə Kubokunda 1/8 final mərhələsinin püşkatma mərasimi yanvarın 22-də təşkil olunacaq.

Türkiyə Kuboku
1/16 final
16 yanvar

Fatih Karagümrük – Kırklarelispor 2:0
Kasımpaşa – Bandırmaspor 0:1
Hatayspor – Sakaryaspor 5:1
Ankaragücü – Rizəspor 3:1
Beşiktaş – Eyüpspor 4:0

17 yanvar

Antalyaspor – Pendikspor 2:1
Başakşəhər – Boluspor 1:0
Qaziantep – Bodrumspor 1:0
Alanyaspor – Samsunspor 1:3
Adana Dəmirspor – Ərzincanspor 2:2
(penaltilər 6:7)
Fənərbaxça – Adanaspor 6:0

18 yanvar

Sivasspor – Keçiörengücü 3:2
Kayserispor – Gənclərbirliyi 1:2
Konyaspor – Göztəpə 2:1
Trabzonspor – Manisa 3:1
Qalatasaray – Ümraniyəspor 4:1

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: