“Bayern”in baş məşqçisi Tomas Tuxel münhenlilərin Çempionlar Liqası oyununda “Mançester Yunayted” üzərində səfər qələbəsini (1:0) şərh edib.
Arena.az “Bayern & Germany” dərgisinə istinadən alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Old Trafford”da oynayanda heç vaxt rahat olmursan. Amma yaxşı oyun nümayiş etdirdik. Komanda olaraq çox yaxşı müdafiə olunduq və imkan yaratmağa macal vermədik. Asan olmadı, amma biz qələbəyə layiq idik.
Bizə reaksiya lazım idi – və budur. Biz xasiyyət, aqressivlik və enerji nümayiş etdirdik. Bu, qrup mərhələsindəki ən yaxşı oyunlarımızdan biri idi”, deyə Tuxel bildirib.
Dekabrın 12-də Çempionlar Liqasının qrup mərhələsinin sonuncu, 6-cı turunun oyunu çərçivəsində və “Bayern” “Mançester Yunayted”i səfərdə 1:0 hesabı ilə məğlub etməklə, qrup lideri kimi ələmə mərhələsinə çıxıb. “Bayern” “A” qrupunda 16 xal toplayıb.
“Mançester Yunayted” isə 4 xalla qrupu autsayder kimi başa vuraraq, UEFA Çempionlar Liqası ilə vidalaşıb.


