15 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası (U-15) Qazaxıstanda təşkil edilmiş UEFA İnkişaf Turnirində sonuncu oyununu keçirib.
Arena.az xəbər verir ki, millimiz üçüncü oyununda Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Şimkənd şəhərində yerləşən “Namıs” stadionunda keçirilən görüş rəqib komandanın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, U-15 millimiz ilk oyununda Qazaxıstana 1:2, ikinci matçında isə Rusiyaya 0:13 hesabıyla uduzmuşdu.
Azərbaycan millisi bu turnirə aşağıdakı heyətlə yollanıb:
- Mədinə Şükürlu – Neftçi
- Çiçək Həsənli – Şəfa
- Safiya Cəfərova – Neftçi
- Gülay Allahverdiyeva – Neftçi
- Elina Kotikova – Sabah
- Asia Vahbi – Ulduz
- Rəbiyyə Əhməd – Ulduz
- Lamiyə Yarəliyeva – Alekseyevka (Quba)
- Mədinə Həmzəyeva – Kəpəz
- Fatimə İbrahimzadə – Sumqayıt
- Zəhra Nəcəfli – Neftçi
- Ləman Hüseynli – Şəfa
- Ayan Baxşalı – Şəfa
- Banu Sadiqova – Neftçi
- Nazlı Məmmədzadə – Sumqayıt
- Minayə Sadıxova – Sumqayıt
- Zeynəb Cabbarlı – Sumqayıt
- Yasmin İsazadə – Neftçi
- Zəhra Əkbərli – Neftçi
- Sara Qaribova – Neftçi


