U-15 millimiz ilk oyunda Qazaxıstana uduzdu

15 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası (U-15) Qazaxıstanda təşkil edilmiş UEFA İnkişaf Turnirində ilk oyununu keçirib.

Arena.az xəbər verir ki, millimiz meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Şimkənd şəhərində yerləşən “Namıs” stadionunda keçirilmiş görüş rəqib komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində yeganə qolu 71-ci dəqiqədə Zəhra Əkbərli vurub.

Qeyd edək ki, U-15 millimiz növbəti oyununu avqustun 14-də Rusiya yığmasına qarşı keçirəcək. Sonuncu rəqib isə ayın 17-də Belarus yığması olacaq.

Komandamız bu turnirə aşağıdakı heyətlə yollanıb:

  1. Mədinə Şükürlu – Neftçi
  2. Çiçək Həsənli – Şəfa
  3. Safiya Cəfərova – Neftçi
  4. Gülay Allahverdiyeva – Neftçi
  5. Elina Kotikova – Sabah
  6. Asia Vahbi – Ulduz
  7. Rəbiyyə Əhməd – Ulduz
  8. Lamiyə Yarəliyeva – Alekseyevka (Quba)
  9. Mədinə Həmzəyeva – Kəpəz
  10. Fatimə İbrahimzadə – Sumqayıt
  11. Zəhra Nəcəfli – Neftçi
  12. Ləman Hüseynli – Şəfa
  13. Ayan Baxşalı – Şəfa
  14. Banu Sadiqova – Neftçi
  15. Nazlı Məmmədzadə – Sumqayıt
  16. Minayə Sadıxova – Sumqayıt
  17. Zeynəb Cabbarlı – Sumqayıt
  18. Yasmin İsazadə – Neftçi
  19. Zəhra Əkbərli – Neftçi
  20. Sara Qaribova – Neftçi
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: