U-15 millimiz son oyunda Moldovaya qalib gəldi

15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-15) Estoniyanın Tallin şəhərində keçirilən UEFA İnkişaf Turnirində 3-cü matçına çıxıb.

Arena.az xəbər verir ki, komandamız bu dəfə Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Yığmamız bu görüşdən qələbə ilə ayrılıb – 1:0. Komandamızın yeganə qolunu Əli Bəşirov vurub.

Xatırladaq ki, Azərbaycan millisi beynəlxalq turnirdəki ilk matçını Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirmişdi. Əsas vaxtı qolsuz bitən həmin oyunda millimiz penaltilərlə uduzmuşdu – 2:3. U-15 ikinci oyunda da meydan sahibi Estoniyaya 1:2 hesabıyla məğlub olmuşdu.

Xəbəri sosial şəbəkələrdə paylaş: