17 yaşadək qızlardan ibarət futbol üzrə Azərbaycan millisi (U-17) Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununa çıxıb.
Arena.az xəbər verir ki, Xanlar Əliyevin rəhbərlik etdiyi millimiz startda İrlandiya yığması ilə üz-üzə gəlib.
Albaniyanın Rroqojina şəhərində baş tutmuş B Liqasının B1 qrupundakı matç Azərbaycan millisi üçün faciəvi hesabla yekunlaşıb. Belə ki, rəqib komanda yekunda 16:0 hesablı qələbəni bayram edib. İrlandiya yığması ilk hissədə 9, fasilədən sonra 7 qol vurub.
Qeyd edək ki, Azərbaycanın U-17 millisi növbəti matçlarını oktyabrın 1-də Kosovo, 3 gün sonra isə Albaniya yığmasına qarşı keçirəcək:
Kosovo – Azərbaycan
1 oktyabr 2026, saat 14:00 (Bakı vaxtı ilə).
“Eqnatiya” stadionu (Rroqojina).
Azərbaycan – Albaniya
4 oktyabr 2026, saat 14:00 (Bakı vaxtı ilə).
“Niko Dovana” stadionu (Dürres).


