17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-17) Belarusda keçiriləcək beynəlxalq turnir üçün yekun heyəti müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, U-17-nin baş məşqçisi Füzuli Məmmədov Belarusun paytaxtı Minskdə təşkil olunacaq beynəlxalq turnir üçün 20 futbolçu seçib. Onların arasında Rusiya, Serbiya, İsveç və Almaniya klublarının üzvləri də var.
Qeyd edək ki, millimiz fevralın 18-də Belarusun U-18, 20-də Rusiyanın U-17 və 22-də Özbəkistanın U-18 komandası ilə qarşılaşacaq. Turnirin final mərhələsinin oyunları isə fevralın 24-də keçiriləcək.
- Xəqan Şükürov – Zirə
- Rauf Əyyubov – Sabah
- Elgün Alışov – Rot-Vays Oberhauzen (Almaniya)
- Murad Qurbanov – Zirə
- Həzrət Səmədov – Sabah
- Əlibəy Mahmudov – Sabah
- Fərid Cabbarlı – Zirə
- Hüseyn Atayev – Turan Tovuz
- Tunar Muradov – Turan Tovuz
- Nihad İsaqov – Kəpəz
- Elvin Vəliyev – Neftçi
- Vusal Kərimov – Neftçi
- Toğrul Haqverdiyev – EFA
- Həsən Məmmədli – Rot-Vays Oberhauzen (Almaniya)
- Rafael Qaziyev – Dinamovets (Rusiya)
- Nicat Nərimanov – Brommapoykarna (İsveç)
- İslam Həsənov – Srvena Zvezda (Serbiya)
- İbrahim Xəlilov – Sabah
- Murad Cabbarov – Sumqayıt
- Ümid Səlimov – Sabah


