U-18: Azərbaycan millisi Estoniya yığmasına da uduzdu

18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi (U-18) bu gün Gürcüstanın Telavi şəhərində Estoniya yığması ilə qarşılaşıb.

Arena.az xəbər verir ki, komandamız Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatı çərçivəsində baş tutan bu görüşdən məğlubiyyətlə ayrılıb.

Əvvəlki turlarda Polşa, Ukrayna və Latviyaya 0:3 hesabı ilə uduzan yığmamız Estoniyanı bir setdə üstələməyi bacarıb. Ancaq yekunda millimiz 1:3 (25:23, 13:25, 14:25, 21:25) hesabı ilə məğlub olub.

Cəlil Baxtiozinin rəhbərlik etdiyi Azərbaycan millisi sabah qrup oyunlarına ev sahibliyi edən Gürcüstan kollektivi ilə üz-üzə gələcək.

Xatırladaq ki, Cəlil Baxtiozin yığmamıza 14 idmançı cəlb edib. U-18 millimizin heyəti belədir:

Oyunçular – Rəvan Məmmədov, Turan Qəhrəmanlı, Rəvan Qəhrəmanlı, Camal Cəlilov, Məhəmməd Qurbanov, Camal Quliyev, Tural Əsgərov, Oqtay Qasımov, Nəriman Bayramlı, Okan İsayev, Muhammad Aslanlı, İbrahim Məmmədov, Məhəmmədtağı Əliyev, İlkin Hüseynli.
Baş məşqçi – Cəlil Baxtiozin.
Köməkçi məşqçilər – Səbuhi Əliyev, Andrey Estrov.
Menecer – Səbinə Babayeva.
Həkim – Sevinc Nəcəfova.

2024-cü ildə keçiriləcək Avropa çempionatına (AÇ-2024) seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: