18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi (U-18) bu gün Gürcüstanın Telavi şəhərinə yola düşüb.
Arena.az xəbər verir ki, komandamız dekabrın 5-dən 9-na qədər Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcək.
Cəlil Baxtiozinin rəhbərlik etdiyi Azərbaycan millisi Polşa, Ukrayna, Latviya, Estoniya və ev sahibi Gürcüstan kollektivləri ilə üz-üzə gələcək.
Yığmamız ilk matçını dekabrın 5-də Polşa komandasına qarşı keçirəcək.
Qeyd edək ki, 2024-cü ildə keçiriləcək Avropa çempionatına (AÇ-2024) seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
U-18 millimizin oyunlarının təqvimi belədir:
5 dekabr
15:00. Polşa – Azərbaycan
6 dekabr
15:00. Azərbaycan – Ukrayna
7 dekabr
12:00 Latviya – Azərbaycan
8 dekabr
12:00. Azərbaycan – Estoniya
9 dekabr
18:00. Gürcüstan – Azərbaycan


