18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi (U-18) bu gün Gürcüstanın Telavi şəhərində Ukrayna yığması ilə qarşılaşıb.
Arena.az xəbər verir ki, komandamız Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatı çərçivəsində baş tutan bu görüşdən məğlubiyyətlə ayrılıb.
Millimiz bu oyunda quru hesabla uduzub – 0:3 (7:25, 17:25, 18:25).
Cəlil Baxtiozinin rəhbərlik etdiyi Azərbaycan millisi daha öncə Polşaya da eyni hesabla məğlub olmuşdu. Millimiz qarşıdakı günlərdə Latviya, Estoniya və ev sahibi Gürcüstan kollektivləri ilə də üz-üzə gələcək. Millimizin növbəti oyunu sabah Latviya yığması ilə olacaq.
Baş məşqçi Cəlil Baxtiozin yığmamıza 14 idmançı cəlb edib. U-18 millimizin heyəti belədir:
Oyunçular – Rəvan Məmmədov, Turan Qəhrəmanlı, Rəvan Qəhrəmanlı, Camal Cəlilov, Məhəmməd Qurbanov, Camal Quliyev, Tural Əsgərov, Oqtay Qasımov, Nəriman Bayramlı, Okan İsayev, Muhammad Aslanlı, İbrahim Məmmədov, Məhəmmədtağı Əliyev, İlkin Hüseynli.
Baş məşqçi – Cəlil Baxtiozin.
Köməkçi məşqçilər – Səbuhi Əliyev, Andrey Estrov.
Menecer – Səbinə Babayeva.
Həkim – Sevinc Nəcəfova.
Qeyd edək ki, 2024-cü ildə keçiriləcək Avropa çempionatına (AÇ-2024) seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.


