18 yaşadək voleybolçulardan ibarət Azərbaycan millisi (U-18) bu gün Gürcüstanın Telavi şəhərində Polşa yığması ilə qarşılaşacaq.
Arena.az xəbər verir ki, komandamız bu gündən etibarən dekabrın 9-na qədər Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcək.
Cəlil Baxtiozinin rəhbərlik etdiyi Azərbaycan millisi Polşadan başqa, Ukrayna, Latviya, Estoniya və ev sahibi Gürcüstan kollektivləri ilə də üz-üzə gələcək. Bu baş tutacaq Polşa ilə oyuna Bakı vaxtı ilə saat 15:00-da start veriləcək.
Qeyd edək ki, baş məşqçi Cəlil Baxtiozin komandamıza 14 idmançı cəlb edib. U-18 millimizin heyəti belədir:
Oyunçular – Rəvan Məmmədov, Turan Qəhrəmanlı, Rəvan Qəhrəmanlı, Camal Cəlilov, Məhəmməd Qurbanov, Camal Quliyev, Tural Əsgərov, Oqtay Qasımov, Nəriman Bayramlı, Okan İsayev, Muhammad Aslanlı, İbrahim Məmmədov, Məhəmmədtağı Əliyev, İlkin Hüseynli.
Baş məşqçi – Cəlil Baxtiozin.
Köməkçi məşqçilər – Səbuhi Əliyev, Andrey Estrov.
Menecer – Səbinə Babayeva.
Həkim – Sevinc Nəcəfova.
Qeyd edək ki, 2024-cü ildə keçiriləcək Avropa çempionatına (AÇ-2024) seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
Millimizin oyunlarının təqvimi belədir:
5 dekabr
15:00. Polşa – Azərbaycan
6 dekabr
15:00. Azərbaycan – Ukrayna
7 dekabr
12:00 Latviya – Azərbaycan
8 dekabr
12:00. Azərbaycan – Estoniya
9 dekabr
18:00. Gürcüstan – Azərbaycan


