20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi (U-20) bu gün Litvanın Şaulyay şəhərində meydan sahibləri ilə qarşılaşıb.
Arena.az xəbər verir ki, komandamız Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatı çərçivəsində baş tutan dördüncü oyunundan da məğlubiyyətlə ayrılıb.
U-20 millimiz bu oyunda quru hesabla uduzub – 0:3 (8:25, 11:25, 7:25).
Xatırladaq ki, Şahin Çatmanın rəhbərlik etdiyi Azərbaycan millisi əvvəlki oyunlarında Estoniya, Latviya və Ukraynaya da quru hesabla uduzmuşdu – 0:3. Komandamız sonuncu oyununu sabah Polşaya qarşı keçirəcək.
Baş məşqçi Şahin Çatma bu turnir üçün yığmamıza 14 idmançı cəlb edib. U-18 millimiz Litvaya bu heyətlə yollanıb:
Oyunçular: Lamiyə Məmmədova, Fatimə Hüseynova, Ariadna Neçay, Xanım Cəlilova, Aişə Alismanova, Fizzə Qocayeva, Məleykə Məmmədova, Arzu Allahverdiyeva, Nəzrin Kərimli, Nəzrin Əhmədli, Sona Atayeva, Ülkər Allahverdiyeva, Fəridə İbrahimova, Vlada, Kavtunova.
Baş məşqçi: Şahin Çatma.
Köməkçi məşqçilər: Səbinə Yarməmmədova, Murat Tanrıverdi, Kadir Çevik.
Menecer: Yelena Parxomenko.
Həkim: Sevinc Nəcəfova.
Qeyd edək ki, 2024-cü ildə keçiriləcək Avropa çempionatına (AÇ-2024) seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.


