UEFA “Əl-Nəsr”i Çempionlar Liqasında iştiraka dəvət edir

UEFA Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunu 2024/2025 mövsümündə Çempionlar Liqasında iştiraka dəvət etməyi planlaşdırır.

Arena.az bu barədə jurnalist Əli Əl-Hərbiyə istinadən məlumat verir.

Jurnalistin məlumatına görə, UEFA rəhbərliyi portuqal hücumçu Kristiano Ronaldonun çıxış etdiyi komandanın yüksək populyarlığına görə, Səudiyyə Ərəbistanı klubunu Avropanın ən mötəbər klub turnirinə dəvət etməkdə maraqlıdır.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı Futbol Federasiyasının (SAFF) 2024/2025-ci il mövsümündə Çempionlar Liqasında iştirak etmək üçün xüsusi dəvət almaq istəyi ilə UEFA ilə əlaqə saxlamağı planlaşdırdığı barədə daha əvvəl məlumat yayılmışdı.

Avropanın ali futbol qurumu həmçinin ötən il 2024-cü ildən etibarən turnirin tərtibatında dəyişiklik ediləcəyini açıqlamışdı. Komandaların sayı 32-dən 36-ya yüksəldiləcək, qrup mərhələsi isə vahid liqa ilə əvəz olunacaq. Hər klub 8 fərqli komandaya qarşı ən azı 8 oyun keçirəcək: 4-ü evdə, 4-ü isə səfərdə.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: