2022/2023 mövsümündə avrokuboklarda çıxış etmiş Azərbaycan klublarından üçünə UEFA tərəfindən növbəti ödəniş olub.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, UEFA tərəfindən Avropa Konfrans Liqasında çıxışa görə “Neftçi”, “Qəbələ” və “Zirə”yə ayrılan əlavə ödənişlər AFFA-nın vasitəçiliyi ilə onların hesabına köçürülüb.
“Neftçi” 106 943 avro, “Qəbələ” və “Zirə” isə hərəyə 64 166 avro gəlir əldə edib.
“Qəbələ” – 64 166 avro
“Neftçi” – 106 943 avro
“Zirə” – 64 166 avro


